Ana Sayfa > Karusel / Siyasət / Parlament > Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi etdi
Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi etdiBu gün, 14:35. Yazar: azer |
![]() Böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi. Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı. Spiker Sahibə Qafarova deyib ki, COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi. Geri dön |