Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı


Bu gün, 10:27. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı

Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

aia.az
Geri dön