Ana Sayfa > Gündəm > "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində bu tarixlərdə iş olmayacaq
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində bu tarixlərdə iş olmayacaqBu gün, 10:23. Yazar: sevinc1 |
![]() Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də və 9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə aia.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. aia.az Geri dön |