Ana Sayfa > Özəl > "Dünya gözəli" mükafatının qalibi özünü "rus" soyadı ilə bağlı qalmaqalın mərkəzində tapıb

"Dünya gözəli" mükafatının qalibi özünü "rus" soyadı ilə bağlı qalmaqalın mərkəzində tapıb


Dünən, 22:02. Yazar: sevinc1
"Dünya gözəli" mükafatının qalibi özünü "rus" soyadı ilə bağlı qalmaqalın mərkəzində tapıb
"Komsomolskaya Pravda" qəzetinin məlumatına görə, yeni "Dünya gözəli" müsabiqəsinin qalibi, 21 yaşlı çexiyalı model Natali Puşkinova qələbəsindən dərhal sonra qalmaqalın mərkəzində olub: respublika sakinləri "rus" soyadlı bir qadının qalib gəlməsindən qəzəbləniblər.
Qəzetin məlumatına görə, müsabiqənin finalı Filippində keçirilib. Puşkinova titul qazanmaq üçün dünyanın hər yerindən onlarla iştirakçını geridə qoyub. Jurnalistlər qeyd ediblər ki, o, təbii gözəlliyi, eləcə də Avropada su ekosistemlərinin qorunması və plastikin təkrar emalı layihələri ilə münsiflər heyətini valeh edib.

Lakin münsiflər heyətinin qərarı çexləri məmnun etməyib, sosial media istifadəçiləri "rus" soyadlı gözəlin millətin siması ola bilməyəcəyini bildiriblər.


"Mən tamamilə çexəm, amma kim bilir, bəlkə də həqiqətən Puşkinlə əlaqəsi var. Bizim nəsil ağacımız çox böyükdür və bir çox budaqlar sadəcə itirilib", - deyə qalib izah edib.

Əvvəllər bildirilirdi ki, 2024-cü il "Miss Yaponiya" gözəllik müsabiqəsinin qalibi olan Ukraynada anadan olmuş model Karolina Şiinonun qalmaqal və sosial mediada və mediada yayılan neqativlik dalğası səbəbindən titulundan imtina edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön