Ana Sayfa > Özəl > Atəşkəs qüvvəyə mindikdən bəri Qəzzaya yalnız 4453 yardım maşını çatıb
Atəşkəs qüvvəyə mindikdən bəri Qəzzaya yalnız 4453 yardım maşını çatıbDünən, 20:53. Yazar: sevinc1 |
|
Bildirilib ki, 10 oktyabrda atəşkəs qüvvəyə minəndən bəri Qəzzaya yalnız 4453 yardım yük maşını daxil olub. Qəzza hökumətinin Media Ofisi tərəfindən yayımlanan yazılı açıqlamada, atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrailin iki ildir blokadada saxladığı və bombaladığı Qəzza zolağına çatan humanitar yardımlar barədə məlumat verilib. Bəyanatda atəşkəs qüvvəyə mindikdən bəri tranzitdə gözləyən 15.600 yardım və kommersiya yük maşınlarından yalnız 4.453-nün Qəzza zolağına çatdığı qeyd olunub. Həmçinin qeyd olunub ki, İsrail uşaqlar, xəstələr, yaralılar və həssas əhali qrupları üçün lazım olan 350-dən çox vacib qida məhsulunun girişini bloklayıb, eyni zamanda sağlam olmayan, az qidalı qidaların girişinə icazə verib. Bəyanatda İsrailin "zülm və aclıq siyasəti" həyata keçirdiyi və vacib qida məhsullarının girişini bloklamağa davam etdiyi vurğulanıb. Qeyd olunub ki, İsrailin girişini qadağan etdiyi məhsullar arasında yumurta, qırmızı ət, ağ ət, balıq, pendir, süd məhsulları, tərəvəzlər, qida əlavələri, eləcə də hamilə qadınlar, xəstələr və immuniteti zəif olan şəxslər üçün vacib məhsullar var. İsrail Qəzzaya qazlı içkilər və emal olunmuş qidalara icazə verir. Bəyanatda qeyd olunur ki, İsrail ordusu qazlı içkilərin, şokoladın və emal olunmuş qidaların girişinə icazə verib və əlavə edib ki, İsrailin təchizat zəncirinə nəzarət etməsi səbəbindən bu məhsullar bazarlara real dəyərindən 15 dəfə çox qiymətə çatır. Misirdə aparılan danışıqlardan sonra 9 oktyabrda İsrail və HƏMAS arasında atəşkəs əldə edildi və İsrail hökumətinin təsdiqi ilə atəşkəs 10 oktyabrda qüvvəyə mindi. aia.az Tərcümə şöbəsi Geri dön |