Ana Sayfa > Özəl / Təhsil > Sosial-İqtisadi Kollecdə 8 noyabr-Zəfər Gününün beşinci ildönümü qeyd edildi
Sosial-İqtisadi Kollecdə 8 noyabr-Zəfər Gününün beşinci ildönümü qeyd edildiDünən, 16:52. Yazar: azer |
![]() Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Kənan Şərifov, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Sabunçu rayon filialının sədri Çingiz Tağıyev, Vətən müharibəsi qaziləri,şəhid ailələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov tədbirdə 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibəti ilə hər kəsi təbrik edərək bu bayramın təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı qətiyyətindən söz açdı. Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun anası Leyla Musayeva çıxış edərək bildirdi ki, biz tariximizi heç vaxt unutmamalıyıq. Ali Baş komandanın rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi.Düzdür itkilərimiz, ağrılarımız, acılarımız çox olsa da qəlbimizdə bir qürur və fəxarət duyğusu baş qaldırır. Poladlarımızın, Mübarizlərimizin,Cəbrayıllarımızın, Ataməlinin qisası alındı. O salnaməni isə bizə Azərbaycan Ordusu yaşatdı. Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov cıxışında Prezidentin “dəmir yumruğu” ətrafında birləşən xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi və mərdliyi ilə tariximizin ən şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək oludunu bildirdi. Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Kənan Şərifov, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Sabunçu rayon filialının sədri Çingiz Tağıyev də öz növbələrində çıxış edərək Vətən müharibəsində Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdilər. Sonra tədbir iştirakçılarına təşəkkürnamə təqdim edilib. Tədbir Kollecin tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Geri dön |