Ana Sayfa > İdman > Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi6-11-2025, 13:41. Yazar: sevinc1 |
![]() 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. aia.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb. Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq. aia.az Geri dön |