Ana Sayfa > Karusel / Gündəm / Siyasət / Özəl / Qərbi Azərbaycan > SİYASİ TƏHRİFƏ TARİXİ ZƏRBƏ:
SİYASİ TƏHRİFƏ TARİXİ ZƏRBƏ:6-11-2025, 13:32. Yazar: sevinc1 |
![]() Şəmsi QOCA, Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışı, Qərbi Azərbaycandakı Türk mənşəli toponimlərin dəyişdirilməsi kimi uzun illər davam edən saxtakarlıq siyasətinə qarşı qətiyyətli və təkzibedilməz cavab oldu. Cənab Prezident bu dəyişikliklərin saxtakarlıq olduğunu vurğulayaraq, əsaslı dəlil kimi aşağıdakı ifadəni işlətmişdir: ![]() "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir." Qərbi Azərbaycan İcmasının elmi işçisi, araşdırmaçı-tarixçi Səbuhi Hüseynov öz "Facebook" səhifəsindəki paylaşımında Prezidentin tezisini elmi və hüquqi dəlillərlə əsaslandırır: ![]() "Qafqaz Hərbi Dairəsinin hərbi-topoqrafik şöbəsində tərtib edilərək litoqrafiya üsulu ilə hazırlanmış 1903-cü il “Qafqaz Diyarının Xəritəsi” 1914-cü ildə yenidən nəşr olunmuş və 1915-ci ildə çap edilən “Qafqaz Təqvimi” adlı nəşrə əlavə kimi daxil edilmişdir. Bu nəşrin çap olunduğu mətbəə də önəm daşıyırdı. Paylaşdığım xəritə "Zati-aliləri İmperatorun Qafqazdakı Nümayəndəsinin Kanselyariyasının Mətbəəsi"ndə çap edilmişdir." Cənab Prezident çıxışında “Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir” ifadəsini işlədərkən məhz həmin dövrdə rəsmi dövlət orqanları tərəfindən hazırlanıb nəşr edilən xəritələri nəzərdə tutur. Bu xəritələr dövlət sənədi statusu daşıyırdı və ərazilərdəki toponimlər rəsmi şəkildə öz tarixi adları ilə göstərilirdi. Bunun səbəbi ondan ibarətdir ki, həmin yerlərə rəsmi əmrlərlə qəza rəisləri və digər inzibati rəhbərlər təyin edilirdi və inzibati vahidlərin adları hüquqi qüvvəyə malik idi. ![]() Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli” analitik mərkəzinin illik beynəlxalq konfransında jurnalistlərlə söhbətində isə iddia edib ki, Çar Rusiyasının dövrünə aid çoxsaylı xəritələr mövcuddur və həmin xəritələrdə məhz “Sevan gölü” adı açıq şəkildə göstərilib. Lakin Mirzoyan bir məsələdə yanılır, "Çar Rusiyası dövrü xəritələri" ilə "Çar Rusiyası tərəfindən nəşr edilən xəritələr" arasında böyük FƏRQ var. Mirzoyanın dediyi xəritəni hər kəs həmin dövrdə nəşr edə bilərdi, ikincisində isə yalnız dövlət mətbəəsində dövlət orqanı tərəfindən nəşr edilməli idi. ![]() Məhz dövlət sənədi statusu daşıyan bu rəsmi xəritəyə görə, Ararat Mirzoyanın qeyd etdiyi "Sevan" adı yoxdur; onun yerinə göl öz tarixi adı olan “Göyçə gölü” kimi göstərilmişdir. Həmçinin ərazidəki Çubuxlu, Dəli-paşa, Naradüz və s. kimi inzibati vahidlərin adları da Azərbaycan mənşəli tarixi adları ilə əks olunmuşdur. ![]() Cənab Prezident İlham Əliyevin rəsmi faktlara əsaslanan tezisi o qədər güclü idi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə çıxılmaz vəziyyətdə qalmışdır. O, jurnalistlərə aşağıdakı ifadəni səsləndirmişdir: "Sualınız məni çətin vəziyyətdə qoyur. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur. Dolayısı ilə haqlıdır." Bu hadisələr zənciri göstərir ki, Qərbi Azərbaycandakı Türk mənşəli toponimlərin dəyişdirilməsi iddiaları Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan tərəfindən siyasi yöndən müdafiə olunsa da, bu iddialar elmi, hüquqi və Ermənistanın öz rəhbərliyi tərəfindən etiraf edilmiş tarixi faktlar qarşısında tamamilə əsassızdır. Bununla da cənab Prezident İlham Əliyevin təqdim etdiyi faktlar və araşdırmaçı-tarixçi Səbuhi Hüseynovun gətirdiyi dəlillər toponimlərin bərpası prosesi üçün sarsılmaz bir əsas yaradır. Geri dön |