Ana Sayfa > Gündəm / Manşet > “Şərq qapısı” qəzeti Vasif Talıbovla bağlı xəbərə AYDINLIQ GƏTİRDİ
“Şərq qapısı” qəzeti Vasif Talıbovla bağlı xəbərə AYDINLIQ GƏTİRDİ23-02-2017, 16:16. Yazar: admin |
“Naxçıvan Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri də bizim qəzetdə yayımlanmayıb. Vasif müəlllimlə bağlı heç bir informasiya dərc etməmişik. Sadəcə, həmkarlarımız yanlışlığa yol veriblər”. AİA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Şərq qapısı” qəzetinin redaksiyasından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün fövqəladə sessiyasının çağırılacağı və Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə yayılan xəbər münasibət bildirərkən deyiblər. “Şərq qapısı” qəzetindən bildirilib ki, Vasif Talıbovla bağlı məlumat jurnalist təxəyyülünün məhsuludur. “Sadəcə, orada bir məqam var ki, o da jurnalistin metodu ilə bağlıdır. Orda da göstərilir ki, “məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib”. “Məlumata görə” sözünün qeyd edilməsi jurnalistin öz təxəyyülünün məhsuludur. Bunun da bizə aidiyyatı yoxdur. Bizim qəzetdə dərc olunan material 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5-ci sessiyasının çağrılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarıdır. Başqa bir məsələ deyil. Qərarda da gündəlikdə duran məsələlər, 2017-ci ilin sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitutsiyasına dəyişikliklər edilməsi ilə bağlıdır”. Qeyd edək ki, dünən bəzi KİV-lər Naxçıvan MR-in rəsmi mətbu orqanı "Şərq qapısı" qəzetinə istinad edərək, fövqəladə sessiyanın çağrılacağı və Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə məlumat yayıblar. Bu məlumatlarda iddia olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər ediləcək ki, bu da Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Elə həmin məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. İddia olunub ki, Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib. Xəbərə görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi daxildir. AİA.az Geri dön |