Ana Sayfa > Gündəm / Karusel > Nazir istefaya göndərilən generallara yenidən vəzifə verdi
Nazir istefaya göndərilən generallara yenidən vəzifə verdi23-02-2017, 16:14. Yazar: admin |
Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib. Virtualaz.org-a məlum olub ki, general Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub. Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəis müavini postu ləğv edilib və onun yerində yeni vəzifə-Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub. AİA.az Geri dön |