Ana Sayfa > Gündəm > İraq Mosul aeroportunu İŞİD-dən azad edib

İraq Mosul aeroportunu İŞİD-dən azad edib


23-02-2017, 15:40. Yazar: admin
İraq Mosul aeroportunu İŞİD-dən azad edib

İraqın federal polis çevik briqadası strateji əhəmiyyətə malik Mosul hava limanını terrorçulardan tam azad edib.

AİA.az xəbər verir ki, bu barədə “Ria Novosti” yə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə deyib. Bundan başqa, yaxınlıqdakı hərbi baza da İŞİD terrorçularından alınıb.

Qeyd edək ki, bundan öncə “Associated Press” agentliyi xəbər verib ki, İraq hərbi qüvvələri hava limanı ərazisinə daxil olaraq uçuş-enmə zolağını nəzarətə götürüblər.

Xatırladaq ki, hazırda şəhərin qərb hissəsinin də İŞİD-çilərdən təmizlənməsi üçün əməliyyat davam edir.

AİA.az
Geri dön