Ana Sayfa > Dünya / Karusel > Xədicədən həmkarlarına irad: "Süpürgəyə oxşayırlar"

Xədicədən həmkarlarına irad: "Süpürgəyə oxşayırlar"


23-02-2017, 15:28. Yazar: admin
Xədicədən həmkarlarına irad: "Süpürgəyə oxşayırlar"

"Azərbaycan efir məkanında ilk qısasaçlı xanım aparıcı mən olmuşam".

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Xədicə Sənanqızı "Nəsib olsa" verilişində deyib.

Qısa saçları sevdiyini söyləyən X.Sənanqızı həmkarlarını bir-birinə bənzəməkdə günahlandırıb:

"Sonra gördüm ki, bütün aparıcılar saçlarını qısaldır. Hamısı bir-birinə oxşamağa başladı. Yeni mövsümdən düşündüm ki, dəyişiklik edim, saçımı uzadım. Həyatımda heç vaxt bu qədər uzun saçım olmayıb. Xanımda dolğun saç varsa, onu uzatsın. Bəzən uzadırlar, süpürgəyə oxşayır. Ondansa heç uzatmasınlar. Stilistim deyir ki, sənə ancaq açıq saç rəngi yaraşır".

AİA.az
Geri dön