Ana Sayfa > Gündəm > Mazut idxalı gömrük rüsumundan azad edilir
Mazut idxalı gömrük rüsumundan azad edilir23-02-2017, 15:21. Yazar: admin |
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilib. AİA.az xəbər verir ki, dəyişiklik barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Dəyişikliyə əsasən Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Qərar 2018-ci il yanvarın 1-dək qüvvədədir. AİA.az Geri dön |