Ana Sayfa > Karusel / Ölkə > Yağış yağacaq, leysan olacaq -
Yağış yağacaq, leysan olacaq -4-11-2025, 13:08. Yazar: sevinc1 |
![]() Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur. aia.az Geri dön |