Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı3-11-2025, 10:07. Yazar: sevinc1 |
![]() Noyabrın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb. aia.az Geri dön |