Ana Sayfa > Ölkə > Bu yollarda sıxlıq var -
Bu yollarda sıxlıq var -3-11-2025, 09:01. Yazar: sevinc1 |
![]() Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində; 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər); 4. Babək prospekti, mərkəz istiqamətində; 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində; 8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 15. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur. aia.az Geri dön |