Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfərə gəlibDünən, 17:04. Yazar: azer |
![]() Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək. Geri dön |