| Ana Sayfa > İdman > Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaqDünən, 12:34. Yazar: sevinc1 | 
|  Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. AFFA-dan aia.az-a verilən məlumata görə, millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək. aia.az Geri dön |