Ana Sayfa > Ölkə > Yeraltı dayanacaq 1 həftə bağlı olacaq
Yeraltı dayanacaq 1 həftə bağlı olacaq30-10-2025, 17:34. Yazar: sevinc1 |
![]() 8 Noyabr – Zəfər Günü paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək. aia.az Geri dön |