Ana Sayfa > İdman > Kevin De Bruyne əməliyyat olundu
Kevin De Bruyne əməliyyat olunduBu gün, 18:07. Yazar: sevinc1 |
![]() İtaliyanın "Napoli" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub. aia.az xəbər verir ki, belçikalı futbolçu Antverpen şəhərində sağ bud nahiyəsindən uğurlu əməliyyat keçirib. 34 yaşlı oyunçu reabilitasiya mərhələsinə də öz ölkəsində başlayacaq. Kevin De Bruyne A Seriyasının VIII turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçın 33-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnib və meydanı vaxtından əvvəl tərk edib. Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Geri dön |