Ana Sayfa > Gündəm > Teymur Mehdiyev işə çıxmır -
Teymur Mehdiyev işə çıxmır -29-10-2025, 16:21. Yazar: sevinc1 |
![]() Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir. aia.az "Unikal"a istinadla bildirir ki, ötən gün general-mayor Teymur Mehdiyevin vətəndaş qəbulu nəzərdə tutulub. Lakin, T.Mehdiyev vətəndaşları özü qəbul etməyib. Onun əvəzinə qəbulu polkovnik Riyad Muğanlinski həyata keçirib. General-mayor Teymur Mehdiyevin işə çıxmadığı da bildirilir. Qeyd edək ki, fövqəladə hallar nazirinin müavinləri hər ay vətəndaş qəbulu keçirirlər. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. aia.az Geri dön |