Ana Sayfa > Manşet / Ölkə > Astarada dünən toyu olan gəlin bu gün öldü

Astarada dünən toyu olan gəlin bu gün öldü


Dünən, 10:53. Yazar: sevinc1
Astarada dünən toyu olan gəlin bu gün öldü

Astarada gəlin ölüb.

"Unikal"ın verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hələ 18 yaşı tamam olmayan Ə.İmanovun hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön