Ana Sayfa > Manşet / Parlament > "Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir" -
"Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir" -Dünən, 10:32. Yazar: sevinc1 |
![]() "Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir. O milli birliyimizi möhkəmləndirir və cəmiyyətin inkişafına kömək göstərir". aia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı spiker Sahibə Qafarova deyib. MM sədri bildirib ki, müasir dövlətlər arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələr getdikcə daha intensiv və dinamik xarakter alır. "Parlamentlərarası əməkdaşlığın rolu güclənir. Bu gün parlament diplomatiyası ən mühüm yumşaq güc alətlərindən birinə çevrilib. Heasb edirik ki, ənənəvi diplomatiyanı uğurla tamamlayan parlament diplomatiyası sülhü və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində daha böyük rol oynaya bilər". aia.az Geri dön |