Ana Sayfa > Parlament > TBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olublar

TBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olublar


Dünən, 18:52. Yazar: azer
TBMM-in deputatı  Xankəndi və Şuşa şəhərlərində olublar

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərinə gələn millət vəkili burada Zəfər meydanında və Qarabağ Universitetində olub. O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə söhbət edib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün həyat öz axarına qayıdır. Yaşayış məskənləri tikilib bərpa olunduqca keçmiş məcburi köçkünlər öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq, burada yaşayır, işləyir və təhsil alır.

Sonra Şuşaya gələn TBMM üzvünün şəhərlə tanışlığı Şəhər Meydanından başlayıb. Qonağa Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
Sonra Hasan Turan Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıb.
Geri dön