Ana Sayfa > Gündəm > Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildiBu gün, 17:40. Yazar: sevinc1 |
![]() Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə aia.az-a Agentlikdən bildirilib. Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m. çatacağı proqnozlaşdırılır. aia.az Geri dön |