Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Omana getdi

Ceyhun Bayramov Omana getdi


Bu gün, 17:13. Yazar: sevinc1
Ceyhun Bayramov Omana getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun oktyabrın 29-da Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın Omandakı səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.

aia.az
Geri dön