Ana Sayfa > İdman > “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq
“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaqDünən, 17:03. Yazar: sevinc1 |
![]() “Qarabağ” “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq. aia.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:45-də başlayacaq. Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN VIP sektorlar: 200, 250, 300 və 400 AZN VVIP sektorlar: 1000 AZN Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər. aia.az Geri dön |