Ana Sayfa > Özəl > Fransada dəmir yolu xidmətləri təxribat səbəbindən dayandırılıb
Fransada dəmir yolu xidmətləri təxribat səbəbindən dayandırılıbDünən, 20:25. Yazar: sevinc1 |
|
Fransada siqnal kabellərində qəsdən baş verən yanğın səbəbindən Lyon-Avinyon sürətli qatar xidmətləri ləğv edilib. Fransa dəmir yolu şirkəti SNCF öz veb saytında bu səhərdən etibarən siqnal kabelində baş verən yanğın səbəbindən Lyon-Avinyon dəmir yolunda fasilələr və ləğvlər olduğunu açıqladı. SCNF yanğının "vandalizm" aktı nəticəsində baş verdiyini və təsirlənmiş kabellərin təmiri üçün işlərin davam etdiyini bildirdi. SCNF, paytaxt Parisə gedən qatarlar da daxil olmaqla, Cənub-Şərq xəttində hərəkət edən qatarların da yanğın səbəbindən əhəmiyyətli gecikmələrlə üzləşəcəyini açıqladı. Nəqliyyat naziri Filipp Tabarot, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək, Valensiya stansiyasının cənubundakı siqnal kabellərinin "qəsdən" yandırıldığını və bu "vandalizm" aktının qəbuledilməz olduğunu bildirdi. Tabarot, SCNF qruplarının nəqliyyatı bərpa etmək üçün səfərbər olunduğunu bildirdi və "təxribat aktını törədənlərin" sərt şəkildə cəzalandırılacağını vurğuladı. aia.az Tərcümə şöbəsi Geri dön |