Ana Sayfa > İdman > Mbappedən “Barselona” ilə matçda unikal nailiyyət

Mbappedən “Barselona” ilə matçda unikal nailiyyət


Bu gün, 15:00. Yazar: sevinc1
Mbappedən “Barselona” ilə matçda unikal nailiyyət

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe unikal nailiyyətə imza atıb.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu buna “Barselona” ilə ötən gecə keçirilən “El Klasiko” (2:1) matçında nail olub.

Forvard rəqib qapısına 12-ci qolunu vurmaqla kataloniyalılara qarşı ən məhsuldar oyunçulardan biri kimi tarixə düşüb. O, bunu cəmi 9 qarşılaşmada bacarıb.

XXI əsrdə “Barselona”nın qapısına Mbappedən daha çox qol vuran yalnız iki futbolçu var. Onun həmyerlisi Kərim Benzema Kataloniya təmsilçisinə qarşı 46 oyunda 16, portuqaliyalı Kriştianu Ronaldu isə 34 görüşdə 20 dəfə fərqlənib.

aia.az
Geri dön