Ana Sayfa > Manşet / Gündəm > Rəisin işdən qovulmasının
Rəisin işdən qovulmasınınBu gün, 14:19. Yazar: sevinc1 |
![]() İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədovun da vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən Saleh Səmədovun oğlu işdən niyə çıxarılıb? aia.az xəbər verir ki, Oxu24.com məsələ ilə bağlı özəl məlumatlar əldə edib. Məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Toğrul Səmədovla bağlı qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov özü verib. Bildirilir ki, ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı mənzərədən sonra bu addımı atıb. Belə ki, Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu deyilir. “Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı”, deyə mənbə bildirib. Məlumata görə, ədliyyə naziri Fərid Əhmədov bu mənzərəni gördükdən sonra Toğrul Səmədovun fəaliyyətini yoxlamağa tapşırıq verib. Yoxlamalar nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib. Toğrul Səmədov Ədliyyə sistemindən də xaric olunub. "Onu sərəncama götürməyiblər, ümumiyyətlə Ədliyyə sistemindən xaric ediblər",-deyə mənbə bildirib. Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov bir müddət əvvəl İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi. aia.az Geri dön |