Ana Sayfa > Cəmiyyət > Gömrükdə 20 min siqaret müsadirə edilib

Gömrükdə 20 min siqaret müsadirə edilib


22-02-2017, 15:11. Yazar: admin
Gömrükdə 20 min siqaret müsadirə edilib

Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb.

Avtomobilə baxış zamanı Azərbaycan Respublikasının aksizi ilə markalanmamış 20 min ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön