Ana Sayfa > Siyasət > Azərbaycan-Qazaxıstan əlaqələri genişlənməkdədir

Azərbaycan-Qazaxıstan əlaqələri genişlənməkdədir


Bu gün, 12:42. Yazar: azer
Azərbaycan-Qazaxıstan əlaqələri genişlənməkdədir

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında bildirilir ki, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışında qeyd edib ki, Azərbaycan dövlət başçısını Qazaxıstanda dövlət səfərində qəbul etmək onun üçün böyük şərəfdir. Bu, ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi baxımından çox mühüm hadisədir. "Mübaliğəsiz demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır. Ona görə də ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün əsas prioritetdir. Bundan başqa, sizin güclü rəhbərliyinizlə Azərbaycan öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb, regional güc kimi sizin tərəfinizdə çox mühüm rol oynayır”.
Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Əminəm ki, bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.
Qazaxıstan Prezidenti vurğulayıb ki, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə ilk növbədə Prezident İlham Əliyevin şəxsi töhfəsi sayəsində nail olunub.
Dövlət başçıları ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı, tranzit-nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini hərtərəfli müzakirə ediblər. Mədəni-humanitar əməkdaşlığa xüsusi diqqət yetirilib. Tərəflər, həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tokayev və Əliyevə “Orta Dəhliz inkişafı” layihəsi təqdim olunub.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.

Geri dön