Ana Sayfa > Özəl > 44 günlük Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun anım günü qeyd olunub

44 günlük Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun anım günü qeyd olunub


Bu gün, 14:30. Yazar: azer
44 günlük Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun anım günü qeyd olunub

aia.az xəbər verir ki, anım mərasimində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və digər şəhid ailələri,müharibə iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə yüksələn Cabbarov Şahgündüz Habil oğlu, Abdullayev Tural Şakir oğlu və digər şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov,Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, QMVŞAİB -nin Laçın şöbəsinin sədri Babək Aslanov və digər çıxışçılar vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz qanı ilə adını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbr diləyiblər.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən və şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan natiqlər bildiriblər ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması uğrunda düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün örnək olacaq.
Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulacaq.

Vətən ugrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Şahgündüz Cabbarovun atası Habil Cabbarov və Tural Abdullayevin atası Şakir Abdullayev övladları və digər qəhrəman şəhidlərimizlə qürur duyduqlarını vurğulayaraq, şəhidlərimizin ailə üzvülərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Geri dön