Ana Sayfa > Siyasət > “Qubadlı 30 illik istehkamların darmadağın edilməsindən sonra azad olundu”
“Qubadlı 30 illik istehkamların darmadağın edilməsindən sonra azad olundu”Bu gün, 10:07. Yazar: azer |
![]() Beş il əvvəl Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yolunu açdı. Nəzərə alsaq ki, Qubadlı Ermənistanla sərhəddə yerləşir və düşmən burada 30 il ərzində istehkamlar quraraq möhkəmlənmişdi, bu mənada Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Amma müzəffər Azərbaycan Ordusu bu döyüşdə də uğur qazanaraq, düşmənin bütün hədəflərini məhv etdi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu. Prezident İlham Əliyevin tapşırığına əsasən,işğaldan azad olunmuş bütün ərazilərimiz, o cümlədən Qubadlıda bərpa-quruculuq işləri davam etdirilir. Son 5 ildə Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi. Bu, ilk növbədə sərhədlərimizin möhkəmlənməsi demək idi. Digər azad edilmiş torpaqlarda olduğu kimi Qubadlıda da quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri icra olunmaqdadır. “Qubadlı” yarımstansiyası da daxil olmaqla artıq azad olunmuş bölgələrimizdə xeyli sayda yarımstansiya istifadəyə verilib ki, bu da işğaldan azad edilmiş ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması deməkdir. Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi isə infrastruktur işlərinin birinci sırada olduğunu göstərdi. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı çəkilən dördzolaqlı yol bura qayıdacaq soydaşlarımızın rahatlığını təmin etməyə yönəlib. Qubadlı böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə biz su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ ilə Qubadlı sakinlərinin də bu bölgəmizin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir. Burada salınan yeni yaşayış məntəqələri ən yüksək standartlara cavab verir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan bayrağı Qubadlıda əbədi dalğalanacaq. Geri dön |