Ana Sayfa > Manşet / Özəl > Milli Məclisin deputatı Pərvanə Vəliyeva Şəhid Ülvi Rəfiyevin anım günündə iştirak edib
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Şəhid Ülvi Rəfiyevin anım günündə iştirak edibDünən, 16:55. Yazar: azer |
![]() Milli Məclisin deputatı Pərvanə Vəliyeva Şəhid Ülvi Rəfiyevin anım günündə iştirak edib aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb. Pərvanə Vəliyeva bildirib ki, bu gün Qəhrəman, Şəhid Ülvi Rəfiyevin anım günüdür: "O, peşəkar rəqqas idi. Bakı Avropa oyunlarının açılış mərasimində, 2017-ci il Bakı İslam Həmrəylik Oyunlarında və 2017-ci il Formula 1 -in açılış mərasimində rəqqas kimi iştirak etmişdi. 2020-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə qoşulub, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onu indi bütün Azərbaycan xalqı tanıyır və biz onunla fəxr edirik. Bugün onun əziz xatirəsini ehtiramla anırıq". Allah rəhmət eləsin!
Geri dön |