Ana Sayfa > Cəmiyyət > Zabratdakı partlayışla bağlı rəsmi məlumat

Zabratdakı partlayışla bağlı rəsmi məlumat


22-02-2017, 13:40. Yazar: admin
Zabratdakı partlayışla bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) Zabratda baş vermiş partlayışla bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, fevralın 21-də saat 13 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib.

Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

AİA.az
Geri dön