Ana Sayfa > Karusel / Dünya > Ukraynada qatarda qumbara partladılıb -

Ukraynada qatarda qumbara partladılıb -


Bu gün, 16:54. Yazar: sevinc1
Ukraynada qatarda qumbara partladılıb -

Ukrayna Polisi Jitomir vilayətinin Ovruç şəhərindəki dəmiryolu vağzalında qumbara partlaması nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib.

aia.az xəbər verir ki, qumbaranı 23 yaşlı Xarkov sakini işə salıb.

İlkin məlumata görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərnişinlərin sənədlərini yoxlayırdılar.

***

14:55

Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var.

aia.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Məlumatda deyilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.

Məlumata görə, 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

aia.az
Geri dön