Ana Sayfa > Siyasət / Karusel > "Mehriban Əliyeva ən layiqli namizəd idi" - Abid Şərifov

"Mehriban Əliyeva ən layiqli namizəd idi" - Abid Şərifov


22-02-2017, 13:29. Yazar: admin
"Mehriban Əliyeva ən layiqli namizəd idi" - Abid Şərifov

“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bütün xalqın ürəyindəndir. Çünki Mehriban xanım gördüyü işlərlə Azərbaycan xalqının sevimlisinə çevrilib”.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Mehriban xanım Azərbaycanı Avropa ölkələrində geniş surətdə tanıdıb. Həmçinin Azərbaycanda həyata keçirilən bir çox layihələrə rəhbərlik edib. Mehriban xanım bu vəzifəyə ən layiqli namizəd idi. Buna çox sevinirik. Ona işlərində uğurlar arzu edirəm”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Ölkə başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidentini təqdim edib.

AİA.az
Geri dön