Ana Sayfa > Karusel / Ölkə > İrandan Azərbaycana narkotik gətirmək istədilər

İrandan Azərbaycana narkotik gətirmək istədilər


Dünən, 11:45. Yazar: sevinc1
İrandan Azərbaycana narkotik gətirmək istədilər

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən aia.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan Respublikası vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön