Ana Sayfa > Gündəm > Millət vəkili Göydəniz Qəhrəmanov vətəndaşların növbəti qəbulunu keçirib
Millət vəkili Göydəniz Qəhrəmanov vətəndaşların növbəti qəbulunu keçiribDünən, 11:35. Yazar: azer |
![]() Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə görüş keçirib. aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb. Göydəniz Qəhrəmanov bildirib ki, oktyabr ayının növbəti vətəndaş qəbulu keçirildi. Qəbul zamanı Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin sakinləri ilə fərdi şəkildə görüş keçirildi. Sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olundu. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alındı. Geri dön |