Ana Sayfa > Manşet / Parlament > Milli Məclisin sədri Simonyanla görüşündən danışdı

Milli Məclisin sədri Simonyanla görüşündən danışdı


Bu gün, 11:20. Yazar: sevinc1
Milli Məclisin sədri Simonyanla görüşündən danışdı

“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, parlamentlərarası ittifaq çərçivəsində 3-cü görüş idi”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

“Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulanıb. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edilib”, - deyə spiker bildirib.

aia.az
Geri dön