Ana Sayfa > Siyasət > Qubadlı sakinləri bu gün yurdlarına qayıdır, bölgə yenidən bərpa olunur və canlanır

Qubadlı sakinləri bu gün yurdlarına qayıdır, bölgə yenidən bərpa olunur və canlanır


Dünən, 11:19. Yazar: azer
Qubadlı sakinləri bu gün yurdlarına qayıdır, bölgə yenidən bərpa olunur və canlanır

Qubadlı sakinləri bu gün yurdlarına qayıdır, bölgə yenidən bərpa olunur və canlanır

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal edilmişdir. Nəticədə Qubadlı şəhəri və rayonun 94 kəndi düşmən nəzarətinə keçmiş, 30 minə yaxın sakin doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsi zamanı həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Qələbədən sonra, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmiş, bu döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş 15 min 189 hərbi qulluqçu Prezidentin sərəncamı ilə həmin medalla təltif edilmişdir. Qubadlının ərazisinin bir hissəsi aran, əsas hissəsi isə dağlıqdır. Dağlıq ərazilər sıx meşələrlə örtülmüş, bulaqları isə şəfalı suyu ilə tanınır. Rayonun ərazisindən Həkəri və Bərgüşad çayları axır, kəndlərin əksəriyyəti də bu çayların vadilərində yerləşir. Qubadlı kənd təsərrüfatı yönümlü bölgə olmuş, işğala qədər burada taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş inkişaf etmişdi. Son illərdə sənaye müəssisələri də fəaliyyətə başlamış, o cümlədən mərmər karxanası rayonun iqtisadiyyatında mühüm yer tuturdu. Tarixi mənbələrə görə, Qubadlı və ətraf kəndlər XVIII əsrdən Qarabağ inzibati ərazisinə daxil idi. Şəhər Qarabağ yaylasının cənub-şərqində yerləşir və Ermənistanın Gorus, Qafan rayonları, eləcə də Azərbaycanın Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə sərhəddədir.

İşğaldan əvvəl Qubadlıda çoxsaylı sosial və mədəni obyektlər, yaşayış evləri, yollar, körpülər və parklar salınmışdı. Lakin erməni işğalı nəticəsində 7278 yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət ocağı, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa, 1080 kənd təsərrüfatı obyektinə, 650 km avtomobil yoluna, 2 su anbarına, 4830 km elektrik xəttinə, 150 km magistral su xəttinə, 165 km qaz borusuna və onlarla digər infrastruktura ciddi zərər dəymişdir.
Qubadlı rayonu tarix boyu Azərbaycanın görkəmli şəxsiyyətlərini yetişdirmişdir. Qaçaq Nəbidən və Əliyar Əliyevdən başlayan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov kimi igidlərin timsalında davam edir. Polkovnik, Milli Qəhrəman Şükür Həmidov Qubadlının yetirməsidir. O, 2016-cı ilin aprel döyüşlərində göstərdiyi igidliyə və Lələtəpə yüksəkliyinin azad edilməsindəki qəhrəmanlığına görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Vətən müharibəsi dövründə xalq, dövlət və ordu arasında sarsılmaz birlik yaranmışdı. Bütün vətəndaşlar etnik, dini və sosial fərqlərdən asılı olmayaraq, bir məqsəd ətrafında birləşmişdilər. Arxa cəbhədə insanlar əsgərlərə yardım kampaniyaları təşkil edir, qanvermə aksiyalarında iştirak edir və orduya mənəvi dəstək göstərirdilər. Bu şanlı Qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan, Müzəffər Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, onların ruhunu daim ehtiramla yad edirik. Otuz ildən artıq doğma elindən uzaqda yaşamış Qubadlı sakinləri bu gün yurdlarına qayıdır, bölgə yenidən bərpa olunur və canlanır.
Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.
Geri dön