Ana Sayfa > Siyasət > Azərbaycan-Qazaxıstan münasibətləri strateji əməkdaşlığın gözəl nümunəsidir
Azərbaycan-Qazaxıstan münasibətləri strateji əməkdaşlığın gözəl nümunəsidirDünən, 11:04. Yazar: azer |
![]() Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr getdikcə daha dinamik xarakter almaqdadır. Təbii ki, bu, ilk növbədə cənab Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin şəxsi münasibətlərinin və qarşılıqlı etimadın nəticəsidir. İqtisadi-ticari sahədə əldə olunan nailiyyətlər, qarşılıqlı investisiya təşəbbüsləri və nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi strateji tərəfdaşlığı daha da dərinləşdirib. Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında müzakirə olunan məsələlər arasında Birgə İnvestisiya Fondunun fəaliyyəti və yeni layihələrin icrası xüsusi yer tutdu. Fond çərçivəsində reallaşdırılan təşəbbüslər iki ölkənin iqtisadi potensialının səmərəli birləşdirilməsinə xidmət edir. Bu, həm də Orta Dəhliz boyunca tranzit imkanlarının artırılmasına, Avrasiyanın enerji və ticarət xəritəsində Azərbaycan və Qazaxıstanın rolunun möhkəmlənməsinə şərait yaradır. Bu gün Qazaxıstan həm regional, hə də qlobal platformalarda Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrini dinamik şəkildə inkişaf etdirən dost ölkədir. Cənab Prezident İlham Əliyev Astanada mətbuata verdiyi bəyanatında, eləcə də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında etdiyi çıxışında vurğuladı ki, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə Qazaxıstanın qardaş dəstəyini hiss etmişik. Xüsusilə də işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib. Təbii ki, müharibədən sonrakı dövrdə də Qazaxıstanın mövqeyi dəyişməyib. Xüsusilə son üç ildə dövlət başçıları səviyyəsində ondan çox qarşılıqlı səfərlərin olduğu nəzərə alınarsa, münasibətlərin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Qeyd olunmalıdır ki, Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Ona görə də bu gün Azərbaycan-Qazaxıstan əlaqələri həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu da son dərəcə təqdirəlayiq haldır ki, ölkələrimiz ənənəvi olaraq bir-birini istər BMT, istərsə də bütün digər beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirlər. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət ölkələrimiz arasında olan yaxınlığı bir daha göstərir. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Əminliklə demək olar ki, bu mötəbər beynəlxalq tədbirlər də Azərbaycan və Qazaxıstan bir-birilərinə yaxın mövqelərdən çıxış eəcəklər. Fərid Ramazanov, YAP Zaqatala rayon təşkilatının sədri. Geri dön |