Ana Sayfa > Dünya / Karusel > Trampın Rusiyaya qarşı sanksiyaları Ağ Evi təəccübləndirib

Trampın Rusiyaya qarşı sanksiyaları Ağ Evi təəccübləndirib


Bu gün, 09:21. Yazar: sevinc1
Trampın Rusiyaya qarşı sanksiyaları Ağ Evi təəccübləndirib

Ağ Ev ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı siyasətini dəyişmək və sanksiyalar tətbiq etmək qərarının sürətindən təəccübləndiyini bildirib.

aia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Ağ Evdə bir çoxları yeni sanksiyalar paketinin nə qədər tez qəbul olunduğuna təəccübləndilər. Tramp aylardır məsləhətçilərinə deyirdi ki, bir gün Rusiyaya qarşı daha sərt tədbirlər görməyin vaxtı çatdığını qərara alacaq", - kanal yazır.

CNN-in məlumatına görə, Tramp Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyaların tətbiqinə razılıq verərək, hətta ən yaxın müşavirlərini belə təəccübləndirib.

aia.az
Geri dön