Ana Sayfa > İdman > Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilir
Azərbaycan Premyer Liqasında IX tura iki oyunla start verilirBu gün, 09:19. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasında IX tura bu gün start veriləcək. aia.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Açılış qarşılaşmasında "Turan Tovuz" "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək. Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Kəpəz" "İmişli" ilə üz-üzə gələcək. Bu oyun saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu - 12-ci, "İmişli" isə 9 xalla 8-ci sıradadır. Misli Premyer Liqası I dövrə, IX tur 24 oktyabr 14:30. "Karvan-Yevlax"– "Turan Tovuz" Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev. VAR: Əliyar Ağayev. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Şamaxı şəhər stadionu 17:00. "Kəpəz" – "İmişli" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov. VAR: Cavid Cəlilov. AVAR: Müslüm Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Eldar Məmmədov. Qəbələ şəhər stadionu Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. aia.az Geri dön |