Ana Sayfa > Özəl > Fransada Benjamin qasırğası səbəbindən paytaxtda park və bağlar bağlanıb

Fransada Benjamin qasırğası səbəbindən paytaxtda park və bağlar bağlanıb


Dünən, 21:35. Yazar: sevinc1
Fransada Benjamin qasırğası səbəbindən paytaxtda park və bağlar bağlanıb
Fransa Benjamin fırtınasının təsiri altına düşdüyü üçün fırtınadan əvvəl görülən tədbirlər çərçivəsində paytaxtdakı bağlar və parklar ziyarətçilərə bağlanıb.
Milli medianın məlumatına görə, ölkə Benjamin qasırğasının təsiri altındadır, küləklərin sürəti saatda 161 kilometrə (100 mil) çatır və 19 əyalətdə xəbərdarlıq səviyyəsi "narıncı"ya yüksəldilib.

Xüsusilə ölkənin şimal və şimal-qərbindəki əyalətləri təsir edən fırtına 100 mindən çox evi işıqsız qoyub.

Benjamin qasırğası səbəbindən paytaxtda təhlükəsizlik tədbirləri görülüb, ictimai park və bağlar bağlanıb.

Fransanın daxili işlər naziri Laurent Nunez bildirib ki, fırtına ilə mübarizə aparan 1200 yanğınsöndürən 600 fərqli yerə müdaxilə edib.

Nunyes bir yanğınsöndürən ağır, altı nəfərin isə yüngül xəsarət aldığını açıqladı.

Korsika adasında baş verən daşqın nəticəsində bir alman turist ölüb.

aia.az
Tərcümə şöbəsi
Geri dön