Ana Sayfa > İqtisadiyyat > Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır

Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır


Dünən, 17:40. Yazar: sevinc1
Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır

2026-cı ildə Azərbaycanın dövlət büdcəsində "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

aia.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, metroda sərnişindaşıma xidməti üzrə gedişhaqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub.

Bu, 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.

aia.az
Geri dön