Ana Sayfa > Siyasət > Qubadlıya Qayıdış – Tariximizin Yenidən Yazıldığı Gün

Qubadlıya Qayıdış – Tariximizin Yenidən Yazıldığı Gün


Bu gün, 10:24. Yazar: azer
Qubadlıya Qayıdış – Tariximizin Yenidən  Yazıldığı Gün

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycanın şanlı tarixində elə günlər var ki, yüzillər keçsə də yaddaşlardan silinmir. 2020-ci il oktyabrın 25-i — Qubadlının azad olunduğu gün — məhz belə günlərdəndir. Bu tarix yalnız bir şəhərin deyil, bir millətin şərəf və qürur simvoluna çevrildi.
Qubadlı, 1993-cü ildən bəri düşmən tapdağı altında idi. Onilliklər boyu doğma torpağını gözləyən qubadlılılar üçün bu tarix ikinci doğuluş günü oldu. Azərbaycan Ordusunun əzmi, xalqın birliyi və Müzəffər Ali Baş Komandanın dəmir iradəsi nəticəsində Qubadlıya yenidən Azərbaycan bayrağı sancıldı.

Bu qələbə yalnız hərbi yox, mənəvi zəfər idi. Qubadlı torpağında azan səsi illərdən sonra yenidən eşidildi, yandırılmış evlərdə ocaq yenidən qalxdı. Bütün bunlar Azərbaycan xalqının qırılmaz ruhunun təntənəsidir.
Qubadlının azad olunması həm də Zəngilanın və Laçının xilası üçün yol açdı. Bu qələbə ilə Azərbaycan Ordusu Qarabağ müharibəsinin son mərhələsinə qədəm qoydu. Hər bir əsgərin ayaq izində xalqın duası, şəhidlərin ruhu, vətən sevgisi vardı.

Bu gün Qubadlıya qayıdan insanlar yalnız evlərinə deyil, tarixin ədalətinə də qayıdırlar. Yenidən qurulan şəhərdə həyat yenidən cücərir, yollar çəkilir, məktəblər, evlər tikilir. Qubadlı indi qələbənin, yenidən doğuluşun və milli həmrəyliyin rəmzidir.

“Qubadlıya qayıdış — işğala son, ədalətə başlanğıc idi.”
Prezident İlham Əliyev

Bakı Qızlar Universiteti tələbəsi Sevinc Hüseyinova Nəsimi rayon gənci
Geri dön