Ana Sayfa > Özəl > Tovuzda “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş intellektual oyun

Tovuzda “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş intellektual oyun


Dünən, 20:47. Yazar: azer
Tovuzda “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş intellektual oyun

Tovuzda “Konstitusiya və Suverenlik İli”çərçivəsində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş “Nə? Harada? Nəzaman?” intellektual oyun keçirilib.

Tovuz rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zəfərin İzi ilə” “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Rauf Rüstəmov açaraq iştirakçıları salamlayıb, uğurlar arzu edib.

10 komandanın iştirakı ilə keçirilən intellektual oyununda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət,Heydər Əliyev Fondunun fəaliyyəti və Zəfər Günü ilə əlaqədar sualları cavablandırmışlar.

Intellektual oyunda I yerə Mübarizlər (A.Hüseynov adına Yanıqlı kənd tam orta ümumtəhsil məktəbi), II yerə Bozalqanlı (Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbi), III yerə Victory (M.Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb lisey ) komandaları yer tutmuşlar. Qalib komandalara təşkilatçılar tərəfindən Kubok və Diplomlar təqdim edilmişdir.
Geri dön