Ana Sayfa > Özəl > Türkiyə ilə Qətər arasında ortaq bəyannamə və müqavilələr imzalanıb

Türkiyə ilə Qətər arasında ortaq bəyannamə və müqavilələr imzalanıb


Dünən, 20:28. Yazar: sevinc1
Türkiyə ilə Qətər arasında ortaq bəyannamə və müqavilələr imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə müxtəlif sahələrdə sazişlər və Yüksək Strateji Komitənin 11-ci Toplantısının Birgə Bəyannaməsi imzalanıb.
Əmirliklər Şurasında təkbətək və heyətlərarası görüşlərdən sonra prezident Ərdoğan və Qətər Əmiri Şeyx Al Taninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 11-ci Toplantısı keçirilib.

Prezident Ərdoğan Qətər Əmiri Şeyx Al Sani ilə görüşüb.

Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilə imzalanma mərasimi keçirilib.

“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin XI Toplantısı haqqında Birgə Bəyannamə”ni xarici işlər naziri Hakan Fidan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani imzalayıblar.

“Strategiya və Büdcə Rəisliyi ilə Qətər Dövləti Hökuməti arasında Strateji İnkişaf Planlamasının Müxtəlif Sahələrində Əməkdaşlıq və Təcrübə Paylaşımı üzrə Anlaşma Memorandumu”nu xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat və Qətər Milli Planlaşdırma Şurasının katibi Əbdüləziz Bin Nasər Əl-Naral imzaladılar.

“Qətər Ticarət Nazirliyi ilə Ticarət və Sənaye Nazirliyi arasında Birgə Nazirlər Bəyanatı”nı ticarət naziri Ömer Bolat və Qətərin ticarət və sənaye naziri Şeyx Faysal bin Tani Al Tani imzalayıblar.

“Müdafiə sənayesində əməkdaşlığa dair anlaşma memorandumu”nu müdafiə sənayesinin prezidenti Haluk Görgün və baş nazirin müavini və müdafiə naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən bin Əli Al Tani imzalayıblar.

aia.az
Tərcümə şöbəsi
Geri dön